Kiyev “Dinamo”sunun müdafiəçisi millimizlə oyuna çıxmayacaq

8 Oktyabr 01:20 Problem 486
Kiyev “Dinamo”sunun müdafiəçisi millimizlə oyuna çıxmayacaq

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan milliləri ilə üz-üzə gələcək Ukrayna yığması daha bir itki ilə üzləşib.

Sportinfo.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Aleksandr Timçik zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Daha əvvəl yarımmüdafiəçilər Viktor Sıqankov və Oleksandr Zubkov zədəli olduğu üçün komandadan ayrılıb.

Ukrayna millisi D qrupunda oktyabrın 10-da Reykyavikdə İslandiya, oktyabrın 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq