Premyer Liqada çıxış edən hücumçunun beli sınıb? - VİDEO

00:50 Problem 117
Premyer Liqada çıxış edən hücumçunun beli sınıb? - VİDEO

"Karvan-Yevlax"a qarşı səfər matçının uzatma dəqiqələrində "Sabah"ın hücumçusu Coy Lens Mikels ciddi zədə alıb.

Meydanı ağrılar içində tərk edən oyunçunun durumu hamını narahat edib.

Hətta onun bel sümüyünün sınmasına dair xəbərlər də yayılıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı qabırğasından zərbə alıb.

İlkin ehtimallara görə, futbolçunun ya qabırğası sınıb, ya da bərk əzilib. Mikels sabah müayinə olacaq.

Bu oyunda "Sabah" 2:0 hesablı qələbə qazanıb.

İlk qolun müəllifi 31-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikels olub. İkinci qolu isə Parris vurub.

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 20:00 Çək və bizə göndər!