“Qardaş, məni danışdırmayın, lazım deyil!” – Kapitan özünü güclə saxladı

23 Sentyabr 21:20 Problem 586
“Qardaş, məni danışdırmayın, lazım deyil!” – Kapitan özünü güclə saxladı

Mövsümə inamlı başlayaraq 2 oyunda aktivinə 4 xal yazan “Karvan-Yevlax”ın işləri yaxşı getmir.

Bölgə təmsilçisi son 3 oyunun hamısını qol vurmadan uduzub və bu matçlarda öz qapısından 8 top buraxıb.

“İmişli”yə 0:3 hesablı yenilgidən sonra məşqçi və futbolçu heyətinin məyusluğunu başa düşmək olardı.

Həmin an Sportinfo.az-ın suallarını cavablandıran kapitan Elvin Yunuszadə üstüörtülü açıqlamalarla düşərgədə vəziyyətin yaxşı olmadığına işarə verdi.

- Ardıcıl ikinci oyunda darmadağın olduz. Nə baş verir?

- Hər birimizə pis təsir edir. Bu dəqiqə paltardəyişmə otağında heç kim başını qaldıra bilmir. Təsir edən odur ki, ucuz qollar buraxırıq. Məğlub olmaq ayıb deyil. Ancaq rəqibə bu cür imkanlar vermək təsir edir. Yeni qurulmuş komandayıq, çətinliklərimiz həddən artıq çoxdur. Nəticələrə təsir edən çox nüanslar var. İnşallah, tezliklə aradan qaldırılar və gələcəkdə daha yaxşı komanda görərik.

- Nəzərdə tutduğun çətinliklər meydanla bağlıdır, yoxsa meydandan kənar?

- Hər ikisi var. Təkcə meydan amilini qabartmaq bəs edir. Çempionat başlayandan Yevlaxda oynaya bilmirik, yollarda qalırıq.

- Təşkilatçılıq? Maliyyə?

- Maliyyə ilə bağlı problem yoxdur. Ən çox narahat edən doğma azarkeşlərimizin qarşısında oynaya bilməməyimiz və yollarda qalmağımızdır. Həqiqətən pis təsir edir. Bu və digər məsələlər həll olunmalıdır ki, komanda normal məşq edə, hazırlaşa bilsin.

- “İmişli” də “Karvan-Yevlax” kimi yeni qurulmuş komandadır, sizin kimi yollarda qalıb. Hətta rəqiblərini uzaq Qubada qəbul edir. Aşağı-yuxarı eyni vəziyyətdir. Necə olur ki, “İmişli” nəticə qazanır, sizdə alınmır. Və ya “İmişli”də nə var ki, sizdə yoxdur?

- Bəzi şeylərdə çox xırdalıqlara getmək olmur. Bu gün onlarda alındı, bizdə alınmadı.

- Söhbət bu gündən getmir axı. “İmişli” 5 oyunun cəmi 1-də meydanı məğlub tərk edib və öz qapısından cəmi 1 top buraxıb.

- Qardaş, məni danışdırmayın, lazım deyil.

- Vəziyyətin düzələcəyinə inanırsan?

- İnşallah, düzəlməlidir. Düzəlməsə, nəticələrimizin yaxşıya doğru dəyişəcəyinə inanmıram. Vuruşmaq, mübarizə aparmaq – bunlar öz yerində. Lakin şərait və digər amillər futbolçu üçün çox vacibdir.

- Rəhbərlikdən dəstək görürsünüz?

- Bu yaxınlarda görüşümüz oldu. Söz verildi ki, stuktur və şəraitlə bağlı məsələlər həll olunacaq. Biz də həll olunacağına inanırıq. Fikrimizi sırf futbola yönəltmək üçün çətinliklər aradan qalxmalıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 18:10 Çək və bizə göndər!
23 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 04:00 Cəlal oynadı, uduzdular
23 Sentyabr 02:40 "Neftçi"də 3 qız var ki...
23 Sentyabr 01:30 İlin ən yaxşı klubu - PSJ
23 Sentyabr 01:10 “Qızıl top”u o aldı