
“Aşağı yaş qruplarında talantlı uşaqlar var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan”ın vitse-prezidenti Kənan Kərimov deyib.
Yevlax 13 illik aradan sonra Premyer Liqa səhnəsinə dönüb. Görəsən, yaxın gələcək üçün perspektiv görünür?
Klub rəsmisini eşidək:
“Turan Tovuz”un, “Sabah”ın, “Qarabağ” akademiyalarında, “Ulduz”da yevlaxlı futbolçular oynayır. Lakin onlar hələ yeniyetmədirlər – 13-14 yaşları var.
Gələcəkdə işlərimiz plan üzrə davam etsə, həmin uşaqları Yevlaxa gətirməyə çalışacağıq. Yevlaxda uşaq futbolu üçün şərait hələ yaxşı deyil.
Bu yöndə işlərə start verilib. Müəyyən qədər vaxt alan prosesdir. Əminəm ki, çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq”.