Bölgə komandasında vəziyyət kritikləşdi: “3-4 legioner var ki...”

19:10 Problem 260
Bölgə komandasında vəziyyət kritikləşdi: “3-4 legioner var  ki...”

"Karvan-Yevlax" Premyer Liqanın 5-ci turu çərçivəsində Şamaxı şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keeçirilən mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb:

- Niyə məğlub olduz?

- Ötən turlarda olduğu kimi yenə standart vəziyyətdən qol buraxdıq. Daha sonra rəqib əks-hücumda ikinci qolu vurdu. Fasiləyə məğlub durumda yollandıq. Çalışsaq da, geridönüş edə bilmədik.

- Mikels zədələnəndən sonra oyununuz alınmır sanki. Onun yoxluğu hiss olunur?

- Bizim üçün önəmli futbolçudur. Bu gün hücum xəttində Uğur Cahangirov oynayırdı. Hələ gəncdir, Mikels kimi təctrübbəli futbolçu deyil deyə hücumda biz az çətinliklər yaşayırıq.

- Legionerlərin performansından razısız?

- Hələ 5 oyun oynamışıq. Bəzilər bir az potensialından aşağı çıxış edir. Gələcəkdə daha yaxşı olacaqlar. 3-4 legioner futbolçu var ki, onlardan tam istədiyimizi ala bilmirik.

- Araz Abdullayevin oynamamasının səbəbi nədir?

- Zədəsi var. Məşqdə arxa əzələsindən zədə alıb. Müalicəsi davam edir. Qapıçımızda zədəlidir. Onlar sağalandan sonra daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- Nə dəyişməlidir ki, komanda yaxşı nəticələr göstərsin?

- Üç oyundur standart vəziyyətdən qol buraxırıq. Futbolçulara tapşırıq versək də, yenə qol buraxdıq. Bunun üzərində daha çox işləyəcəyik.

- Yevlax şəhər stadionu nə vaxt hazır olacaq?

- AFFA-dan gəlib stadiona baxdılar. Bəzi məslələr var ki, mənə aid deyil. Biz də öz meydanımızda oynamaq istəyirik. Stadion tam hazır olandan sonra öz azarkeşlərimizin qarşısında oynayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!