Baş məşqçinin rəhbərliyin tərəfini tutmaması ona xoş gəlməyib - GÖNDƏRƏCƏK?

15:00 Problem 213
Baş məşqçinin rəhbərliyin tərəfini tutmaması ona xoş gəlməyib - GÖNDƏRƏCƏK?

Mövsümün ilk texniki məğlubiyyətini «İmişli» aldı.

Dördüncü turda «Sumqayıt»ı İmişlidə qəbul edən komanda Mehdi Cənnətovun avtoqolu ilə 1:0-lıq qələbə qazansa da, bir protokol səhvinə görə bu vəziyyətlə üzləşdi.

İdman direktor Aqşin Mürsəlov səhlənkarlığa yol verməsəydi, «İmişli» hazırda 7 xalla turnir cədvəlinin liderlər qrupunda yer almışdı.

Debütant bu 3 xalın yoxluğunu öz canında sonra hiss edəcək. Yara hələ istidir, qoy bir müddət keçsin, ağrısını çox çəkəcəklər.

Bu hadisə kollektivin ab-havasını korlayacaq qədər təsirlidir. Artıq eşidirik ki, düşərgədə aləm bir-birinə dəyib, futbolçular, xüsusən legonerlər onlara mükafatın ödənilməsi üçün ayağa qalxıblar.

Deyiblər, texniki səhvdən bizə nə var, meydanda qalib gəlmişik, pulumuzu verin, vəssalam. Normal yanaşmadır.

Mürsəlov kimi qeyri-peşəkar idarəçilər hər dəfə bir xəta edəcək deyə, oyunçular mükafat üzünə həsrət qalmayacaq ki..?

Jorj Kaskilya kollektivin yanındadır. Baş məşqçi də pul davasında futbolçuların tərəfini tutur. Bu da Kamran Eyyubovun xoşuna gəlməyib.

İdarə Heyətinin sədri haqda çox danışırlar, deyilənə görə, ziddiyyətli şəxsdir, futbol camiəsində hər adamı və hər şeyi bəyənmir.

Portuqaliyalı çalışdırıcı bir az da nəyəsə narazılıq bildirsə, nəyəsə dodaq büzsə, göndərəcək onu.

Nə olsun ki, nəticələr pis deyil, Eyyubov özünü futbol sahəsinin bilicisi sayır, bu Jorju görəvdən alıb, başqa bir Jorju vəzifəyə gətirəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!