“Yaxşı olardı ki, gəlir vergisi üçün güzəşt müddətinin uzadılmasına baxılsın”

07:30 Problem 60
“Yaxşı olardı ki, gəlir vergisi üçün güzəşt müddətinin uzadılmasına baxılsın”

“2026-cı ilin yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşmiş güzəşt müddəti başa çatır.

Bu, kifayət qədər fundamental dəstək idi”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

Millət vəkili qeyd edib ki, qərar xüsusilə özəl sektorun inkişafına və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı: “Bu, özünü əmək müqavilələrinin sayında göstərdi. Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın.

Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər.

Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu, özəl sektorun dəstəklənməsi və bu sahədə gizli iqtisadiyyatın ağardılması baxımından çox vacibdir”.

2019-cu ildə aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşların (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən) gəlir vergisi 7 illik ləğv olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM