Premyer Liqanın köhnə-yeni klubunun pulu tükəndi, işlər yarımçıq qaldı - YENİ PROBLEM

11:00 Problem 448
Premyer Liqanın köhnə-yeni klubunun pulu tükəndi, işlər yarımçıq qaldı - YENİ PROBLEM

Üç aya yaxındır təmirə bağlanan Yevlax şəhər stadionunda işlər dayanıb.

Artıq bir neçə gündür ki, arenaya səssizlik çöküb.

Ortalığa çıxan problem maliyyə ilə bağlıdır.

Belə ki, «Karvan» rəhbərliyi burada yenidənqurma aparan şirkətə ödəməyə etməyə ara verib. Klubdan işçilərə bildirilib ki, hazırda büdcədə vəsait yoxdur.

Odur ki, «sarvanlar» Premyer Liqanın qarşıdakı ev oyunlarını yenə Yevlaxda keçirə bilməyəcək. Ən azından, «İmişli» ilə qarşılaşmanı doğma publika önündə qəbul etməyəcəklər.

Təhvil-təslimin oktyabrın ikinci yarısınalək uzanması da mümkündür. Hər halda «Karvan» başbilənləri stadionda çalışanlara demir ki, pul nə vaxt olacaq.

Plana əsasən, arenanın ot örtüyü dəyişdirilməli, təbii meydan süni qazonla əvəzlənməli, hakimlər və paltardəyişmə otaqları yenilənməli, digər işlər görülməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"