"Sülhdən başqa digər heç bir təhlükəsizlik zəmanəti ola bilməz"

16 Sentyabr 2025 08:10 Problem 461
"Sülhdən başqa digər heç bir təhlükəsizlik zəmanəti ola bilməz"

Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) əhəmiyyətini şərh edib.

Paşinyan bu barədə İrəvanda keçirilən “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq – 2025” adlı beynəlxalq konfransda danışıb.

“Gəlin Ermənistan ərazisindən keçən boru kəməri təsəvvür edək. Onun hara getdiyi əhəmiyyət daşımır. Bu, Ermənistanla Azərbaycan arasında sülh amilidirmi? Əlbəttə ki, bu, amildir. Bu amilin olmaması isə problem yaradır. Müvafiq olaraq, “Tramp marşrutu” bu cür amillərdən biridir. Bəs təhlükəsizlik zəmanəti varmı? Bəli, belə bir zəmanət var və bu, sülhdür. Sülhdən başqa digər heç bir təhlükəsizlik zəmanəti ola bilməz. Lakin sülh gündəlik diqqət tələb edir, ona etinasızlıqla yanaşmaq olmaz”, - Paşinyan bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı