Yeni gələn əcnəbi məşqçi icra başçısından nə istədi?

01:10 Problem 209
Yeni gələn əcnəbi məşqçi icra başçısından nə istədi?

“Burada olmaq, dövlətin bu cür diqqət və dəstəyini görmək bizim üçün çox xoşdur".

Sportinfo.az sportnet.az-a istinadən xəbər verir ki, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya rayonun icra başçısı Elçin Rzayevlə görüşündə deyib.

Portuqaliyalı mütəxəssis növbəti qələbələrlə azarkeşləri sevindirmək istədiklərini bildirib:

"Arzumuz odur ki, komandanın nailiyyətləri gənc futbolçular üçün örnək olsun.

İmişlidə elə bir futbol akademiyası yaradılsın ki, bu, gənc istedadların inkişafı üçün başlanğıc nöqtəsinə çevrilsin və onlar peşəkar futbol yoluna inamla qədəm qoya bilsinlər".

"İmişli" Azərbaycan Premyer Liqasının III turunda səfərdə "Sabah" komandasına qalib gəlib - 1:0.

Hazırda Jorj Kaşkilyanın komandası 3 oyundan 4 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 09:40 "Qarabağ"da yeni anlaşma