Şikayətləri baş məşqçidəndir: “Nə vaxta kimi ancaq qaçmaqla məşğul olacağıq?”

10:40 Problem 445
Şikayətləri baş məşqçidəndir: “Nə vaxta kimi ancaq qaçmaqla məşğul olacağıq?”

Premyer Liqada bu mövsüm son 3 turda qazandığı 4 xalla futbol ictimaiyyətini təəccübləndirən "İmişli"də daxili ab-hava heç də istənilən səviyyədə deyil.

Bununla bağlı redaksiyamıza bəzi yeni məlumatlat daxil olub.

Belə ki, komandanın aparıcı futbolçuları baş məşqçi Xorxe Kaskilyadan narazıdır.

Hətta bununla bağlı dəfələlərlə klub rəhbərliyinə portuqaliyalı barədə müxtəlif yollarla şikayətnamələr belə göndəriblər.

Onlar nədən narazıdır?

Bir qrup yerli və legioner komandanın oynadığı plandan şikayətçidir. Necə deyərlər, "Məmmədağa, vur qabağa!" prinsipindən gileyləniblər.

Qeyd ediblər ki, hazırki oyun planı onların potensiallarını tam açmağa imkan vermir.

"Oynadığımız futboldan zövq almalıyıq.Təbii ki, taxtika önəmlidir.

Ancaq nə vaxta kimi ancaq qaçmaqla məşğul olacağıq? Hücum fazasında öz fərdi bacarıqlarımızı, potensialımızı nümayiş etdirə bilmirik.

Bu anlayışla çox uzağa gedə bilmərik"- deyə, bildiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti