“Real Sosyedad”ın hücumçusu millimizin oyunda görünməyəcək

03:50 Problem 101
“Real Sosyedad”ın hücumçusu millimizin oyunda görünməyəcək

DÇ-2026-nın seçmə mərhələsinin ilk iki turunda Azərbaycan və Fransa ilə qarşılaşacaq İslandiya yığmasının heyətində itkilər baş verib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Arnar Qunnlauqsson 2 futbolçunu əvəzləmək məcburiyyətində qalıb.

Ən ciddi itki kapitan Orri Oskarssondur. 21 yaşlı hücumçu “Real Sosyedad”ın heyətində İspaniya çempionatında “Ovyedo” ilə oyunda zədələnib.

Həmçinin “Al Qarafa”nın müdafiəçisi Aron Einar Qunnarsson da sıradan çıxıb. Onların əvəzinə Hyört Hermannsson və Brinyolfur Villumsson komandaya dəvət ediliblər.

İslandiya millisi sentyabrın 5-də Reykyavikdə Azərbaycanla, dörd gün sonra isə Parisdə Fransa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM