
“Polissye”nin (Ukrayna) analitiki “instagram” səhifəsində rəsmi şəxsə yaraşmayan fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis Konfrans Liqasının pley-off mərhələsində “Fiorentina”ya 0:3 hesabı ilə məğlub olduqları görüşün baş hakimi olan azərbaycanlı Əliyar Ağayev barədə paylaşım edib.
O, Ağayevin iyunda Rusiya yığmasının Nigeriya ilə keçirdiyi yoldaşlıq oyununu idarə etməsinə etirazını bildirib:
“Fiorentina” ilə oyunun bir epizodunda Aleksandr Nazarenko rəqibin cərimə meydanında onların müdafiəçisi ilə mübarizədən sonra yerə yıxıldı.
Matçdan sonra hakimin yanına gedərək, ona Dneprdə bir futbolçunun evinin yanında rus raketinin necə düşdüyü barədə danışdım. Sonra ondan soruşdum ki, necə oldu onların milli komandasının oyununu idarə etdin.
O isə susdu və yoluna davam etdi. Biz hakimə görə uduzmadıq, amma bu məsələyə kimsə reaksiya verməlidir”.
Azərbaycanlı FİFA referisi Konfrans Liqasının pley-off mərhələsində “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) oyununu idarə edib.
Ağayev matçın 44-cü dəqiqəsində, qonaqlar hesabda 2:0 irəlidə olarkən İtaliya millisinin də üzvü olan “Fiorentina”nın futbolçusu Moyze Kinə qırmızı vərəqə verib.
Həmin epizodda "Polissya"nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib.
Ağayevin qırmızı vərəqə qərarı "Fiorentina"nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub. Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.
Qırmızı vərəqə epizodunu videonun 2.05 dəqiqəsindən izləyə bilərsiniz.