“Neftçi” bunu etməli idi, etmədi - Bu “resept»i kənara atmayın!.

17:40 Problem 406
“Neftçi” bunu etməli idi, etmədi - Bu “resept»i kənara atmayın!.

«İmişli» Premyer Liqanın ən zəif iştirakçısı olacaq» proqnozu verənlər, deyəsən, bir qədər tələsiblər.

Azərbaycanda Kamran Eyyubovdan savayı bir kimsənin bəyənmədiyi Xorxe Kaskilya təəccübləndirməkdə davam edir.

Çexiyanın üçüncü liqasından gəlmiş baş məşqçinin qapazaltı komanda yaratmadığını görməkdəyik.

Adı «quql»da çətin tapılan portuqaliyalının əsasən həmyerlilərindən və braziliyalılardan formalaşdırdığı kollektiv Premyer Liqada özünü balaca balıq kimi aparmır.

«İmişli» hər tilova düşməyəcək qədər maraqlı iştirakçıdır. Sabah «Sabah»a, «Qarabağ»a, «Zirə»yə, o birilərinə də «boy» verəcəklər.

«Neftçi»yə qələbə xoşbəxtliyi bəxş etmədilər. Kaskilya əks-hücum futbolu oynadır.

İki sıradan ibarət «müdafiə bloku» qurur. Almeyda və Juninyo orta sahəni sürətlə keçir. Cinahlardan gəlməyə də ara-sıra həvəs salırlar.

Hansı komanda «İmişli»ni asanlıqla məğlubiyyətə uğratmaq istəyirsə, bu «resept»i kənara atmasın - çarə erkən qol vurmaqdır.

«Neftçi» ilk hissədə yavaş oynadı, kənarlardan normal asmalar etmədi, ara ötürmələrini işə salmadı, «İmişli» xalını qazandı.

Fasiləyə kimi hesabı açsaydılar, nominal ev sahiblərinin bu durumda nə edəcəyini biləcəkdik.

Onda üzə çıxacaqdı ki, portuqaliyalı hansı varianta üz tutacaq - komandasını yenəmi müdafiədən oynadacaq, yoxsa futbolçularından iri qüvvə ilə irəli atılmalarını istəyəcək.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil