“Karvan" yol verdiyi bu səhvə görə cərimələnəcək - FOTO

16:00 Problem 413
“Karvan" yol verdiyi bu səhvə görə cərimələnəcək - FOTO

Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbinə əsasən futbolçuların adları Azərbaycan əlifbası ilə yazılmalıdır.

Bu, Premyer Liqa klubları üçün tövsiyə yox, tələbdir.

Lakin “Kəpəz” - “Karvan-Yevlax” matçında ikincilərin 4 nömrəli futbolçusu Olavale Doyeninin adı Azərbaycan yox, İngilis əlifbası ilə “Olawale” şəklində qeyd olunmuşdu.

Gördüyümüz mənzərə matçın AFFA nümayəndəki İlham Əliyevin də diqqətindən yayınmayıb.

Səlahiyyətli şəxs protokolda məlum çatışmazlığı qeyd edərək İntizam Komitəsinə təqdim edəcək.

Və “Karvan-Yevlax” yol verilən yanlışlığa görə İntizam Komitəsinin müvafiq kodeksinə uyğun olaraq cərimələnəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil