İki ay müddətinə şərti qapadıldı - UEFA-dan cəza

03:40 Problem 133
İki ay müddətinə şərti qapadıldı - UEFA-dan cəza

UEFA-nın Apellyasiya Orqanı Macarıstanın “Ferentsvaroş” klubuna cəzalar tətbiq edib.

Sportinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan “Lüdoqorets”i üzərində 3:0 hesablı qələbənin qazanıldığı cavab görüşündə baş verənlərlə əlaqədardır.

Avqustun 12-də keçirilmiş qarşılaşmada macarıstanlı azarkeşlər irqçi davranışa yol veriblər və ictimai keçidləri bloklayıblar.

Apellyasiya Orqanının qərarına əsasən, rasizm səbəbindən “Ferentsvaroş” “Qarabağ”a qarşı pley-off mərhələsinin ilk oyunundan etibarən “Groupama Arena”nın tribunalarının bir hissəsi 2 ay müddətinə şərti qapadılıb.

Budapeşt klubu həm fanatların bu hərəkəti, həm də ictimai keçidləri bloklamaları səbəbindən ümumilikdə 30 min avro cərimələnib.

“Qarabağ” “Ferentsvaroş”la səfər oyununda qələbə qazanıb – 3:1.

Pley-off mərhələsinin cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ