"Qarabağ"ın pley-offdakı rəqibinin futbolçusu zədələndi

17 Avqust 2025 08:40 Problem 755
"Qarabağ"ın pley-offdakı rəqibinin futbolçusu zədələndi

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstan "Fererntsvaroş"unun futbolçusu Habib Mayqa zədələnib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ribbi Kin bildirib.

O, 29 yaşlı yarımmüdafiəçinin zədəsinin nə qədər ciddi olduğunu hələlik bilmədiyini söyləyib.

"Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti