Banklar xəbərdarlıq edir - Bu pullar qaytarılmayacaq

07:40 Problem 240
Banklar xəbərdarlıq edir - Bu pullar qaytarılmayacaq

Yüksək “keşbek” vədləri ilə rəqabətə qoşulanlar indi faizləri endirir; hüquqşünas deyir ki...

Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi üsullardan biri də “keşbek kampaniyaları”dır.

Yəni kartla edilən ödənişlərə görə müştəriyə müəyyən faizlə pul geri qaytarılır. Son illərdə 2X və daha yüksək keşbek vədləri ilə rəqabətə qoşulan banklar indi faizləri endirir, hətta “keşbek kampaniyaları”nı dayandıran, onlardan imtina edən banklar da var.

İqtisadçı ekspert Xalid Kərimli modern.az-a bildirib ki, keşbek faizləri banklar üçün əslində əlavə bir xərc mənbəyidir. İqtisadçının sözlərinə görə, bu vəsaitlər birbaşa bankların öz büdcəsi hesabına qarşılanır və hər hansı qanunla tənzimlənmir. Yəni bu sadəcə olaraq, bankların müştəri cəlb etmək üçün könüllü tətbiq etdikləri bir təşviqdir.

Bəs bankların bu qərarı verməyə səlahiyyəti çatırmı? Bu, müştərilərin hüquqlarının pozulması deyilmi?

Qeyd edək ki, “keşbek” kampaniyaları banklar üçün həm müştəri cəlb etmə, həm də mövcud müştəriləri aktiv saxlamaq baxımından effektiv bir alət olub. Lakin son dövrlərdə bu kampaniyalarda azalmalar və ya dəyişikliklər müşahidə olunur. Mütəxəssislər bu tendensiyanın bir neçə əsas səbəbini izah edir. Qeyd edilir ki, banklar üçün “keşbek”lər maliyyə baxımından yük yaradır. Xüsusilə yüksək inflyasiya və artan əməliyyat xərcləri fonunda bu tip bonuslu sistemləri davam etdirmək çətinləşir. Beynəlxalq ödəmə sistemlərinin (Visa, Mastercard və s.) komissiya xərcləri də bu yükə əlavə olunur. Bir neçə il öncə keşbek rəqabəti müştəri qazanmaq üçün əsas vasitə idi. Lakin indi demək olar ki, hər kəsin bir neçə bank kartı var və yeni müştəri qazanmaq əvvəlki qədər asan deyil. Mərkəzi Bank və digər nəzarət orqanlarının komissiya və gəlir modellərinə müdaxiləsi bəzən bankların keşbek strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olur. Artıq müştərilər təkcə keşbeklə kifayətlənmir, əlavə xidmətlər (mobil bankçılıq, sürətli dəstək, fərdi təkliflər və s.) də gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları