Yeni baş məşqçi rəhbərliklə toqquşdu - Bu nə şərait, bu nə transferlərdir..?

16 Avqust 16:20 Problem 1 056
Yeni baş məşqçi rəhbərliklə toqquşdu - Bu nə şərait, bu nə transferlərdir..?

«İmişli»də rəhbərliklə Jorj Kaskilya arasında münasibətlər gərginləşib.

Ayyarım öncə fəaliyyətə başlayan portuqaliyalı mütəxəssis ona yaradılan şəraitdən narazıdır.

Premyer Liqada ilk dəfə çıxış edəcək klubla 1 illik müqavilə bağlamış çalışdırıcı yay dönəmini yaxşı dəyərləndirmədikləri qənaətindədir.

Bura gələnə kimi Çexiyanın üçüncü liqasında işləmiş Kaskilya hesab edir ki, Qəbələdə 4 günlük toplanış keçməklə və Bakının istisində süni meydançalarda məşq etməklə qarşıya qoyulan məqsədə çatmaq mümkün deyil.

O, narazılığını funksionerlərin diqqətinə çatdırıb. Bildirib ki, Portuqaliya və Çexiyanın üçüncü-dördüncü liqa klubları belə, «İmişli» ilə müqayisədə daha normal təminata malikdir.

Baş məşqçi həmçinin transfer bazarlığından gileylənib.

Kaskilya deyib ki, sərəncamındakı heyətdə Azər Salahlı xaricində Premyer Liqa təcrübəsi olan bir yerli futbolçu yoxdur.

Sükançı I Liqadan gələn oyunçularla elitada yarışmağın mümkün olmadığı fikrindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...