Liqanın KARVANSARAYı

09:40 Problem 301
Liqanın KARVANSARAYı

Nəhayət, yay fasiləsi bitdi, Premyer Liqada yeni mövsüm start götürdü.

İlk oyun Şamaxıda keçirildi və liqanın iki köhnə komandası uzun müddətdən sonra burada üz-üzə gəldi.

18 illik intizarı başa çatan «Karvan» nominal ev sahibi qismində «Qəbələ»ni qəbul etdi.

Qarşılaşma əvvəldən-axıra maraqlı alındı. Hər iki tərəf xoşbəxtliyi üçüncü zonada axtardı.

Açıq futbol oynanıldı. Amma bərabər səviyyədə oyun olmadı. Hərgah «Karvan»ın formal baş məşqçisi Azər Həşimov mətbuat konfransında bunun əksini dedi.

Görünür, Həşimovun fikri dünən başqa yerdə olub, oyuna baxmayıb. Və ya baxsa da, formaları səhv salıb, elə bilib ki, qırmızı geyimdə olanlar onların komandasıdır.

«Karvan» liqaya tam hazırlaşmayıb. Təz-tələsik transferlər ediblər. Yenə də seleksiya işi yarımçıq aparılıb.

Bu, özəlliklə müdafiə fazasında göstərdi özünü. Hər cür səhvə yol verdilər: istər fərdi qaydada, istərsə də komanda halında.

İlk dəfə bir yerdə oynayırlar deyə, üstlərinə çox getməyək. Uyğunlaşma prosesi hələ bir neçə həftə davam edəcək.

Ona qədər neçə məğlubiyyət alacaqlar, təxmin eləmək olar.

Bu müdafiə ilə «Karvan» dönüb olacaq karvansaray1

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...