Qurban Qurbanovu nümunə göstərdi: "Məşqçi gərək "delovoy" olsun" - VİDEO

14 Avqust 2025 16:00 Problem 729
Qurban Qurbanovu nümunə göstərdi: "Məşqçi gərək "delovoy" olsun" - VİDEO

Tanınmış futbol eksperti Emin Abbasov Qurban Qurbanovu misal çəkib.

O, «Qarabağ»ın çalışdırıcısını gənc məşqçilərə nümunə göstərib.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində çıxış edən teleşərhçi bildirib ki, bu sahədə irəli getmək, yaxşı nəticələr qazanmaq istəyən yeni nəsil nümayəndələri öz üzərlərinə hərtərəfli işləməlidir.

Abbasov qeyd edib ki, məşqçi mütləq savadlı olmalı, daim nələrisə öyrənməyə cəhd göstərməli, bununla belə, ünsiyyət qurmaq bacarığına yiyələnməlidir.

Ekspertin fikrincə, şəbəkə qura bilməyən şəxs çox uzağa getmək imkanından məhrum olacaq.

SPORTİFNO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti