Bölgə klubunda pul davası!

18 Sentyabr 2025 23:40 Problem 609
Bölgə klubunda pul davası!

"İmişli"də narazılıq bitmir.

Ötən mövsüm 5 aydı başa çatıb.

Amma kollektiv hələ də əldə olunan uğura görə mükafatını almayıb.

Klub rəhbərliyi edilən müraciətləri, narazılıqları görməzdən gəlir.

Söhbət isə başa çatan mövsüm Birinci Liqada əldə olunan uğurdan gedir.

Belə ki, çempionatın gedişində rəhbərlik komanda üzvlərinə "gümüş medal qazanılsa, yaxşı mükafat olacaq" sözü verib.

Futbolçular həmin nəticəni əldə edib, amma nəinki yaxşı mükafat, heç bir manat üzü görməyiblər.

Düzdü, klub mükafat vermək məcburiyyətində deyil.

Amma bir halda ki, vəd olunubsa, niyə verilməsin?

Və ya verilməyəcəkdisə, yalan danışmağa nə gərək vardı?

Heç bir halda vəd verib, indi də kənarda durmaq doğru deyil.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti