Problemi yarandı, müalicəyə başladı - Bakıda meydana ayaq basmayacaq?

13:40 Problem 436
Problemi yarandı, müalicəyə başladı - Bakıda meydana ayaq basmayacaq?

"Levski" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah"la görüşünə ciddi itki ilə çıxa bilər.

Sportinfo.az xəbər verir ki, Mustafa Sanqare, böyük ehtimalla, Masazırda keçiriləcək cavab görüşünü buraxmalı olacaq.

Bolqarıstan klubunun baş məşqçisi Xulio Velaskesin sözlərinə görə, Sanqare əzələsindən zədə alıb.

O, "Spartak"a( Varna) qarşı keçirilmiş çempionat matçında da oynamayıb. Hazırda müalicə edilən Sanqarenin Bakıdakı matçda meydana çıxmamaq ehtimalı daha yüksəkdir.

Sofiya klubunun “Sabah”la görüşdə Karl Fabyenin də xidmətindən istifadə edə bilməyəcəyi gözlənilir. Zədəsini sağaltmağa çalışan futbolçunun cümə axşamına hazır olub-olmayacağı hələ bəlli deyil.

"Sabah" - "Levski" matçı avqustun 14-də "Bank Republika Arena" stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

İlk görüşdə Bolqarıstan klubu 1:0 qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti