Rəşad Sadıqov gizlətmədi: “Bu, bizi narahat edir”

08:30 Problem 248
Rəşad Sadıqov gizlətmədi: “Bu, bizi narahat edir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov növbəti dəfə Azərbaycanda futbol meydançaları ilə bağlı problemə toxunub.

Sportinfo.az xəbər verir ki, o, bu barədə jdanışıb.

42 yaşlı mütəxəssis qeyd edib ki, Premyer Liqaya yeni gələn iki komanda da (söhbət “Karvan” və “İmişli”dən gedir - red.) süni qazonda oynayacaq:

“Açığı, bu məqam bizi çox narahat edir. Hansısa klubların öz meydançasında oynamaması bir yana, digər məsələlər də var.

Məsələn, elə komanda var ki, bəzi rəqiblərlə matç üçün səfərə getməyəcək. Biz isə iki dəfə gedəcəyik.

Xüsusən də Gəncə və Tovuza 4 dəfə gedəcəyik. Halbuki elə komanda var ki, ora yollanmayacaq.

Bunun rəqabətə çox təsiri olacaq. Hamımız bilirik ki, Gəncə və Tovuz səfərləri necə çətindir. Bəzi komandalar isə ora səfərə getməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti