Xorvatların aparıcı siması "Zirə"yə qarşı oynamaycaq

31 İyul 2025 16:00 Problem 355
Xorvatların aparıcı siması "Zirə"yə qarşı oynamaycaq

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun Splitdə “Zirə” ilə qarşılaşacaq “Hayduk” ciddi itki ilə üzləşib.

Sportinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinin aparıcı futbolçusu Marino Skelin dizindən aldığı zədəyə görə “Zirə” qarşısına çıxmayacaq.

Split təmsilçisi üçün bu, ciddi itki hesab edilir. Çünki 18 yaşlı mərkəz müdafiəçisi Bakıda öz komandasının ən yaxşılarından biri olmuşdu (1:1).

Xorvat həmkarlarımızın iddiasına görə, Qonzalo Qarsiya Skelini Branimir Mlaçiç və ya Fran Karaçiçlə əvəzləyəcək.

"Hayduk" - "Zirə" matçı bu gün keçiriləcək və matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti