Bu rayonun stadionunda kol-kos və ağac bitdi - VİDEO

28 İyul 09:20 Problem 543
Bu rayonun stadionunda kol-kos və ağac bitdi - VİDEO

Baxımsız qalan stadionda ağaclar bitib.

Sportinfo.az cenublu.az-a istinadən xəbər verir ki, Cəlilabadın mərkəzi futbol stadionu uzun müddətdir ki, ürək ağrıdan vəziyyətdədir.

Bir vaxtlar izdihamların yaşandığı bu məkanda indi azarkeşlər üçün nəzərdə tutulmuş oturacaqlar yararsız hala düşüb.

Hətta bəzi ərazilərdə baxımsızlıqdan kol-kos və ağac da bitib.

Ötən əsrin 70-ci illərində inşa olunmuş arenada ara-sıra regional futbol yarışları keçirilsə də, buranın infrastrukturu artıq, demək olar ki, tamamilə yararsız haldadır.

Rayon sakinləri stadionun müasir standartlar əsasında qurulmasının vacib olduğunu bildirirlər. Onların fikrincə, bu, bölgədə futbolun inkişafına da öz töhfəsini verə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?