
Azərbaycan millisinin sabiq futbolçusu Elhad Nəziri maraqlı paylaşımla diqqət çəkib.
Hazırda məşqçiliklə məşğul olan Nəziri Moskvaya “Art Football Fest” musiqili futbol festivalında iştirak edən Azərbaycan komandasının baş məşqçisi qismində yollanıb.
Başa çatan mövsümdə “Səbail”in əsas komandasında məşqçi kimi fəaliyyət göstərmiş şəxs Rusiyanın paytaxtında olduğu müddətdə stadionları baş çəkib, buradakı şəraitlə tanış olub.
Elhad keçmiş adı “Lokomotiv”, hazırda “RZD Arena” kimi tanınan məşhur stadionda gördüyü mənzərəni telefonunun yaddaşına köçürərək, sosial şəbəkə hesabında izləyicilərinə təqdim edib.
Səbəbkar ot örtüyünü və meydançalarını görəndən sonra “biz də Azərbaycanda meydança tapmırıq” sözlərini işlədib.
HƏBİB / SPORTİNFO.AZ