"Düşünməsin ki, biz onu rahat buraxacağıq" - VİDEO

1 Dekabr 2024 16:30 Problem 576
"Düşünməsin ki, biz onu rahat buraxacağıq" - VİDEO

Bu həftənin cümə günü “CBC Sport” kanalında efirə gedən "Türkiyədən futbol" verilişində tamaşaçılar daimi ekspert Elçin Cəfərovu studiyada görmədiklərində təəccübləniblər.

Belə ki, ötən həftə maşın vurmasında nəticəsində ağır qəza keçirərək xəsarətlər alan tanınmış jurnalistin efirə qatılmamasına aparıcı Pərviz Musayev aydınlıq gətirib.

Tanınmış şərhçi qeyd edib ki, qorxulu heç nə yoxdur:

"Biz Elçini heç bir yerə buraxa bilmərik. Sadəcə, xəsarətləri ayaq nahiyyəsində ağır olduğuna görə yeriməkdə əziyyət çəkir.

Ona görə də matç dəyərləndirməsini videolar vasitəsilə bildirəcək".

Bundan sonra videobağlantı vasitəsilə tamaşaçılara və futbol ictimaiyyətinə mesajlara, ziyarətə görə təşəkkür edən E.Cəfərov Türkiyə klublarının avrokuboklardakı çıxışını dəyərləndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM