COP29

Premyer Liqada klub sayını artırmaq niyə mümkün olmadı? - VİDEO

25 May 21:20 Problem 568
Premyer Liqada klub sayını artırmaq niyə mümkün olmadı? - VİDEO

“Bu, öncəki AFFA rəhbərliyinin yarıtmaz fəaliyyətinin nəticəsidir”.

“Sportinfo”nun təsisçisi İlkin Vaqifoğlu ATV kanalında yayımlanan “Futbolumuz” verlişində belə deyib.

Tanınmış aparıcı Ceyhun Rzayevin qonağı olan İ.Vaqifoğlu AFFA İcraiyyə Komitəsinin Premyer Liqada klub sayını olduğu kimi saxlamaq barədə qərarını şərh edib.

O bildirib ki, indiki halda elitada say artımının məqbul sayılmamasına səbəbkar federasiyanın keçmiş yönətimidir:

“16 il ərzində infrastrukturla bağlı ciddi işlər görülməyib. Bölgələrdə yeni layihələr həyata keçirilməyib.

Stadion və bazalar yayarsız vəziyyətdədir. Əlbəttə, dövlətimizin gücü çatar ki, Premyer Liqada 12 və daha çox klub mübarizə aparsın.

Belə bir potensial var. İcraiyyə Komitəsinin hakim çatışmazlığı ilə bağlı qeydi ondan öncəki rəhbərliyin düzgün istiqamətdə çalışmamasına işarədir və bu, çoxsaylı problemlərin bir bölümüdür”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"