"Əlavə sənəd istəyiblər"

2 Aprel 03:40 Problem 213
"Əlavə sənəd istəyiblər"

Xəbər verdiyimiz kimi, Azərbaycanın 5 paracüdoçusu Türkiyədə keçirilən Qran-pri yarışlarına buraxılmayıb. Onlardan biri Xanım Hüseynova yaranan çətinliklə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya danışan təcrübəli idmançı Beynəlxalq Cüdo Federasiyasının əlavə sənəd tələb etdiyini bildirib:

“Hazırda Antalyadayıq. Testdən keçməmək və yaxud buraxılmamaq kimi bir şey yoxdur.

Əlavə sənəd istəyiblər. Sənədləri təqdim edib Gürcüstanda keçiriləcək növbəti yarışa qatılacağıq.

Beynəlxalq Cüdo Federasiyasının açıqladığı nəticələr növbəti yarışda testdən keçəcək idmançıların siyahısıdır.

Qaydalar hər dəfə dəyişir. Bir xəstəliyin fərqli aparatlardan keçməsi üçün sənədlər tələb olunur.

Digər paracüdoçuların testlərdən necə keçməsi ilə bağlı bizdə məlumat yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti