Sülh müqaviləsinin mətnində nə var? - Paşinyanın deputatı danışdı

29 May 2023 03:20 Problem 428
Sülh müqaviləsinin mətnində nə var? - Paşinyanın deputatı danışdı

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması prosesi davam edir.

Ümumiyyətlə, bunu müsbət qiymətləndirmək olar”.

Hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan bu bəyanatı səsləndirib.

Onun sözlərinə görə, sənəddə qarşılıqlı məqbul müddəalar yer alacaq. Eyni zamanda, sülh müqaviləsi Ermənistanda bütün daxili prosedurlardan keçməlidir.

“Saziş hökumət tərəfindən təsdiqlənməlidir. Daha sonra Konstitusiya Məhkəməsinə göndərilir. Sonuncu, öz növbəsində, orada təsbit olunmuş öhdəliklərin ölkənin Əsas Qanununa nə dərəcədə uyğun olduğunu yoxlamalıdır. Bundan sonra müqavilə parlamentdə ratifikasiya edilməlidir. Ən sonda prezident ratifikasiya aktını imzalamalıdır. Mən beynəlxalq və yerli qanunvericilikdə təsbit olunan bütün prosedurları sadaladım”, - deyə deputat bildirib.

Erməni deputatın dediyin görə, eyni proses, Azərbaycanda da keçməlidir. Və yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək.

Digər Xəbərlər
Xəbər Lenti