
Avstriya AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Lintsdə Azərbaycanla keçirəcəkləri oyun öncəsi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, LASK-ın qapıçısı Aleksandr Şlaqer xəstəliyə görə sıradan çıxıb.
Onun əvəzində Almaniyanın “Bayer” klubunun qapıçısı Patrik Pents milliyə dəvət alıb. Şlaqerdən əvvəl isə Marko Arnautoviç zədələndiyi üçün millidən kənarda qalmışdı.
Avstriya - Azərbaycan oyunu martın 24-də Lintsdəki "Rayffatzen Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.