"Ermənistanı qızışdırırlar"

8 Fevral 2023 03:30 Problem 493
"Ermənistanı qızışdırırlar"

“Rusiya Ermənistan-Azərbaycan nizamlanması məsələsində Avropa İttifaqının fəallaşmasından narazıdır.

Əslində bu missiyanın faydaları sıfra bərabərdir.

Çünki Ermənistan ərazisində monitorinq missiyasının olması deyil, tərəflərin hansı iqtisadi və hərbi gücə malik olması vacibdir. Üstəlik, Aİ ölkələri hadisələrin baş verdiyi yerdən uzaq və problemin həllinə təsir etmək imkanından məhrumdurlar”.

Bu sözləri AzVision.az -a açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov deyib. Onun sözlərinə görə, Rusiya İrəvanın mövqeyini nəzərə almaqdan imtina etmir.

Ermənistan başa düşür ki, Rusiyanı itirməyəcək. Amma həmişəki kimi sabotaja, süründürməçiliyə üçtərəfli razılaşmanı pozmağa gedir.

- Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması perspektivlərini necə qiymətləndirirsiniz?

- Məncə, onlar sülh sazişi bağlanması perspektivlərindən uzaqlaşıblar. Aİ-nin monitorinq missiyası Yerevanı ruhlandırmışdı. İlk növbədə də üçtərəfli razılaşmanın həyata keçirilməsi üçün lazımi tədbirləri görməyən, lazımi güzəştlərə getməyən Nikol Paşinyanı. Paşinyan indiki erməni siyasətçiləri arasında yəqin ki, ən adekvatıdır, üçtərəfli sazişin həyata keçirilməsinin və Ermənistan üçün güzəştlərin qaçılmaz olduğunu başa düşür. Müxalifət bu baxımdan daha da pisdir.

Bununla belə, Aİ özünün xarici siyasət qabiliyyətini göstərmək, münaqişənin həllində rolunu bir daha vurğulamaq cəhdi ilə rəsmi Yerevanın təxribatlarını qızışdırır. İnanmaq istərdim ki, bu missiyanın mənfi təsiri olmayacaq. Amma təəssüf ki, bu, İrəvanı növbəti təxribatlara ruhlandıraraq, sülh sazişinin imzalanması perspektivlərini uzaqlaşdıracaq.

- Erməni mətbuatının yazdığına görə, Ruben Vardanyan hələ də Nikol Paşinyanla işgüzar münasibətlər qura bilməyib. Səbəb nədir? İrəvan niyə Vardanyanla dost olmaq istəmir?

- Ermənistan Qarabağın müstəqilliyini tanımır, guya sülh sazişi bağlanmasının zəruriliyindən danışır. Amma digər tərəfdən bu cəhdləri özü puç edir. Bu, qeyri-müəyyənlik, gecikmə və təxribat yaratmaq üçün düşünülmüş siyasətdir. Amma Azərbaycan rəhbərliyi bununla barışmaq, Ermənistan tərəfindən təxribat törətmək və əldə olunan razılaşmaların yerinə yetirilməsinə mane olmaq istəyən insanlara meydan vermək niyyətində deyil. Ekoloqların etirazları bunun bariz nümunəsidir.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb