27 aydır komada olan azərbaycanlı məşqçinin SON DURUMU

29 Yanvar 2023 09:40 Problem 752
27 aydır komada olan azərbaycanlı məşqçinin SON DURUMU

2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ də koma vəziyyətindədir.

Yoluxmanın nəticəsində beyin insultu keçirmiş məşqçinin durumu ağır-sabit olaraq qalmaqdadır.

Bu barədə Sportinfo.az-a tanınmış mütəxəssisin yaxınları məlumat verib. Onların sözlərinə görə, xəstə bugünlərdə təkrar müayinədən keçirilib.

Bakıdan Masallıya dəvət olunmuş həkimlər Əliyevin ev şəraitində müalicəsinin davam etdirilməsini məsləhət görüb.

Tibbi personal pasiyentin komadan ayılmaq prosesinin zaman alacağını proqnozlaşdırıb. Sonuncu dəfə «Bakı»da işləmiş çalışdırıcıya qan köçürülüb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM