Elxan Məmmədov bu problemin həllinə niyə maraq göstərmir? - VİDEO

25 İyun 2022 19:40 Problem 946
Elxan Məmmədov bu problemin həllinə niyə maraq göstərmir? - VİDEO

Bilindiyi kimi, İdman Arbitraj Məhkəməsi “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun məhkəməsini növbəti dəfə təxirə salıb.

Budəfəki məhkəmə iyulun 7-də baş tutacaq.

UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub.

Buna səbəb N.İbrahimovun Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı status olub.

Futbol eksperti Emin Abbasov ATV-də yayımlanan “Futbolumuz” verlişində bu haqda danışıb.

O, AFFA-nın N.İbrahimova dəstək vermədiyini, hazırda FİFA-da məsul vəzifədə çalışan Elxan Məmmədovun yaxasını kənara çəkdiyini söyləyib. Bildirib ki, erməni diasporundan fərqli olaraq, federasiyaya bağlı şəxslər sabiq mətbuat katibinin işinə etinasız yanaşır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti