Məşhur futbolçu Mahirə DƏSTƏK OLDU: “Legiya”dan ayrılmaq üçün...”

20 Yanvar 2022 21:00 Problem 2 535
Məşhur futbolçu Mahirə DƏSTƏK OLDU: “Legiya”dan ayrılmaq üçün...”

“Mahir arxa sırada oturubsa, həmin azarkeşlər 5-6 cərgəni rahatlıqla necə keçib, məhz onu vurublar?”

Ölkənin tanınmış futbolçularından olmuş, futbolçu karyerasında 3 fərqli ölkədə - Niderland, Türkiyə və Rusiyada legioner həyatı yaşamış Vaqif Cavadov Mahir Emrelinin başına gələnlər haqda Sportinfo.az-a açıqlama verib.

Sabiq “7 nömrə” dekabrda yaşanmış döyülmə olayına görə Emrelinin atdığı addımı haqlı sayır. Cavadov həmyerlisinin yumruqlanmasında müəyyən şübhələrə sahib olduğunu bildirib:

“Komanda uduzursa, nəticə yoxdursa, günah tək Mahirlə Lukinyasdadır? Başqa heç kim günahkar deyil? Bəs, müdafiəçilər, qapıçılar, məşqçilər heyəti? Onlara niyə heç nə olmur?

Ən maraqlısı, azarkeşlər avtobusa rahat şəkildə daxil olub Mahiri vurur və futbolçu yoldaşlarından heç kim bunun qarşısını almır, həmin şəxslərə müqavimət göstərmir. Açığı, bu məsələ mənə çox qaranlıq qalıb”.

Ötənlərin məşhur futbolçusu milli üzvünün Polşaya qayıtmaqdan imtina etməsini anlayışla qarşılayır və bu işdə insan sağlamlığının hər şeydən öndə dayandığını vurğulayıb:

“Hamı Mahiri “Niyə komandaya qoşulmadı?” deyə qınayır. Hə, deyək ki, getdi, məşq etdi, sabah oyuna çıxdı və hansısa matçda zəif çıxış etdi.

Dünən avtobusa hücum edən azarkeşlərin sabah Varşavanın mərkəzində ona nəsə etməyəcəyinə kimsə zəmanət verirmi? Həyatda insana ən vacib olan şey onun sağlamlığıdır.

Mahirin Polşaya sırf qorxudan getmədiyini deyə bilmərəm. Bəlkə də “Legiya”dan ayrılmaq üçün əlinə yaxşı fürsət düşüb və bundan yararlanmaq istəyir.

Çünki kifayət qədər tutarlı əsas var əlində.

Qərar verən aidiyyatı qurumların Mahirin şikayətinə isti yanaşacaqlarını düşünürəm. Çünki avtobusa basqın edilib, legionerə xəsarət yetirilib və Mahirin əlində həkimdən alınan kağız var.

Bir də ki, olduğun yerdə sevilmirsənsə, orada qalmağın mənası yoxdur”.

“Legiya”nın bir neçə azarkeşi ötən ilin dekabrında Plotsk “Visla”sı ilə oyundan sonra komandanın avtobusuna daxil olub Mahirlə Lukinyasa xəsarət yetirmişdi.

Bu hadisədən sonra millimizin üzvü “Legiya”nın təlim-məşq toplanışına qatılmaqdan imtina etmiş, türk vəkilin köməkliyi ilə müqavilə ilə məxsus olduğu klubdan ali futbol qurumlarına şikayət etmişdi.

“Legiya” da öz növbəsində toplanışda iştirak etməyən futbolçunun intizam qaydalarını pozmasından şikayətçidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var