AFFA bölgə komandasını çempionatdan kənarlaşdırdı

19 Noyabr 2021 21:20 Problem 1 828
AFFA bölgə komandasını çempionatdan kənarlaşdırdı

Təhsil İdman Mərkəzinin “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA verib.

Qurumun İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib.

“Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib.

Bu görüşdə TİM “Gəncə”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda