Azərbaycanın tanınmış məşqçisi ən ağır problemi adladı – 7-8 saat sonra

24 Oktyabr 2021 20:20 Problem 873
Azərbaycanın tanınmış məşqçisi ən ağır problemi adladı – 7-8 saat sonra

"Neftçi"nin sabiq futbolçusu və AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun səhhətində problem yaranıb.

65 yaşlı mütəxəssisin ürəyindəki şah damarında genişlənmə üzə çıxıb.

Bu səbəbdən o, Bakıda yerləşən özəl klinikaların birində cərrahi müdaxiləyə məruz qalıb.

Azərbaycanda daha əvvəl heç vaxt belə bir əməliyyat olunmadığı üçün Türkiyədən xüsusi professor dəvət edilib: Ağır əməliyyat 7-8 saat çəkib və uğurla bitib.

Pasiyent daha bir müddət klinikada qalacaq və daha sonra müalicəsi ev şəraitində davam etdiriləcək.

AFFA onun əməliyyat xərclərini öz üzərinə götürüb.

Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975-1984 və 1987-1988-ci illərdə forma geyinib. Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL-ın məşqçisi vəzifəsində çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti