UEFA Bakıda kontor şirkətinin reklamı üçün razılıq alıb? - FOTO

23 Oktyabr 2021 11:20 Problem 915
UEFA Bakıda kontor şirkətinin reklamı üçün razılıq alıb? - FOTO

Avropa Konfrans Liqasının “Qarabağ” – “Kayrat” (Qazaxıstan) oyunundan (2:1) öncə paytaxtımızda keçirilən mətbuat konfransında “Bwin” kontor şirkətinə məxsus loqonun olması diqqətimizdən yayınmayıb.

Sportinfo.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlayıb.

G.Abbaszadə UEFA-nın sponsoru olan loqonun reklam stendində olmasını əldə olunmuş razılıqla əlaqələndirib:

“Bildiyiniz kimi, bizim ölkədə mərc şirkəti olduğundan, qanunvericiliklə digər analoji qurumun reklamı qadağandır.

UEFA da Azərbaycan qanununa hörmətlə yanaşaraq “Bazel”lə görüşdən öncə, oyun vaxtı və matçdan sonrakı mətbuat konfransı zamanı reklam lövhələrindən həmin şirkətin loqosunu çıxartmışdı.

Ancaq bu və bundan sonrakı oyun və ya oyunlar üçün “Bwin”in reklamı Azərbaycan hökuməti ilə razılaşdırılıb”.

Açıklama yok.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...