Azərbaycan futbolunda NÖVBƏTİ BÖHRAN – AFFA onlara da “yox” dedi

20 Oktyabr 2021 15:00 Problem 1 724
Azərbaycan futbolunda NÖVBƏTİ BÖHRAN – AFFA onlara da “yox” dedi

Deyəsən, AFFA-nın Gənclər və İdman Nazirliyindən (GİN) sonra Təhsil Nazirliyi ilə münasibətlərində də soyuqluq yaranıb.

Bunun hansı səbəbdən yarandığını dəqiq bilmirik, amma problem artıq mövcuddur və yəqin ki, qısa sürməyəcək.

Dünən oxucularımıza məlumat vermişdik ki, AFFA GİN-in balansında fəaliyyət göstərən futbol komandalarına maliyyə dəstəyini dayandırıb.

Federasiya dövlət qurumunun nəzdində olan UĞİM-lərə ayırdığı həftəlik ödənişləri ləgv edib.

Müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər həftəiçi və həftəsonu keçirilən oyunlarda iştiraka görə 40-60 manat civarında vəsait alırdı.

AFFA-dan UĞİM təmsilçilərinə bildirilib ki, bu qərar yeni qəbul olunub və ən azı cari mövsümün sonunadək qüvvədə qalacaq.

Nəzərə çatdırılıb ki, onlar çempionatda iştirak edib-etməməkdə sərbəstdir və bundan sonra həmin məbləği nazirlikdən istəməlidirlər.

Bu açıqlamadan sonra GİN-in komandaları bir-birinin ardınca AFFA-nın bayrağı altında keçirilən yarışlardan çəkilib. Federasiyanın saytına baxsaq, yaranmış acınacaqlı mənzərəni görə bilərik.

Mövsüm yeni başlayıb, amma hər yaş qrupu üzrə çempionatda kifayət qədər texniki məğlubiyyət qeydə alınıb.

Bu gün aldığımız məlumata görə, AFFA eyni münasibəti Təhsil Nazirliyinin balansında olan idman mərkəzlərinin futbol komandalarına da göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!