Liqanın prezidenti bu klubdan əl çəkmir: "DƏLƏDUZDURLAR! "

16 Sentyabr 2021 15:40 Problem 499
Liqanın prezidenti bu klubdan əl çəkmir:

İspaniya La Liqasının prezidenti Xaver Tebas PSJ-dən əl çəkmir.

Sportinfo.az xəbər verir ki, Tebas növbəti dəfə İspaniya çempionatının durumu haqda danışıb.

O, PSJ-ni də ittiham edib: “İspaniya çempionatı sınmayıb. Nə “Barselona”, nə də “Real”. Avropa klublarının, təxminən 80 faizində vəziyyət daha pisdir.

“Real”a gəldikdə, deməliyəm ki, bu klub pandemiya ilə mübarizədə çevik qərarlar qəbul etdi, məvacibləri azaltdı, indi isə istədiklərini edə bilirlər.

“Real” heç vaxt PSJ olmayacaq. Çünki Paris klubu dələduzluqla məşğuldur. Onların məvacib fondu 600 milyon avrodur. Bu, sadəcə, mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!