"Bursaspor" azarkeşləri Namiqə görə ayağa qalxdı – ETİRAZ!

14 Sentyabr 2021 14:40 Problem 1 880
"Bursaspor" azarkeşləri Namiqə görə ayağa qalxdı – ETİRAZ!

"Bursaspor" azarkeşləri Namiq Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.

Sportinfo.az "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.

"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib.

Namiq Ələskərov yığmanın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində meydana daxil olub.

O, İrlandiya ilə 1:1 heç-heçə etdikləri və Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmaya start heyətdə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”