Yaxından tanıdığımız məşhur sima: "İndi elə birisi gəlib ki, pul axtarmır"

19 Aprel 2021 20:40 Problem 1 147
Yaxından tanıdığımız məşhur sima: "İndi elə birisi gəlib ki, pul axtarmır"

“Bu, o vaxt yalnız söz-söhbət idi. Amma futbol biznesi elə istiqamətdə inkişaf edir ki, daim güclü və böyüklər daha da zəngin olur”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki deyib.

Avropanın 12 aparıcı klubu qapalı Superliqa yaratdığını açıqlayıb. “Real” və “Barselona”da oynamış xorvat əfsanə yeni yaradılan Superliqaya münasibət bildirib:

“Güclü sponsorlar məhz bunu istəyirdi. Klublar futbolçulara hansısa yüz milyonlar verirdi. Bir sözlə, fərq artırdı.

İndi elə birisi gəlib ki, bütün bunları bir araya toplayır və belə bir liqanın keçirilməsi üçün pul axtarmır. Basketbolda MBA da belə bir biznesdir. ABŞ-da idman belə qurulub.

Qapalı liqadır və onun öz auditoriyası, öz davamçıları var. Təəssüf ki, biz tendensiyaları dayandırmaq gücündə deyilik.

Bu yeni modelin nə qədər əleyhinə olsaq da, deyin görüm, hansımız “Real” – “Liverpul” oyununa baxmayacağıq ki? Həyatda belə şeylər olur”.

Digər Xəbərlər
Xəbər Lenti