“Toylarla bağlı qadağaları götürməliyik, amma...”

7 Aprel 11:30 Problem 494
“Toylarla bağlı qadağaları götürməliyik, amma...”

Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Bununla belə, tez-tez mətbuatda, sosial şəbəkələrdə kimlərinsə gizlin şəkildə toy və nişan məclisləri keçirməyə cəhd etdiyi, polisin bu məclisləri basdığı haqda məlumatlara rast gəlirik.

O da gizlin deyil ki, fevral ayından etibarən Bakının bir sıra şadlıq sarayları və restoranlarında kiçik heyətlə toy-nişan məclisləri keçirilir. Məclislərdə bəy-gəlin toy paltarı geyinmir və yaxud məclislər yalnız qadınlardan ibarət olur və sairə. Bu barədə ara-sıra şou-biznes nümayəndələrinin dilindən eşidirik.

Məsələn, Xatirə İslam ötən gün sosial şəbəkədə qeyd etmişdi ki, gün ərzində 500-dən çox toy keçirilir və sənətçi kimi həmin məclislərə dəvət alır. Eləcə də bir müddət öncə sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini bildirmişdi.

İki həftə öncə Naxçıvan MR-də toylara icazə verildiyi haqda məlumat yayıldı. Məlumata görə, şadlıq evlərində qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək mümkündür.

Pandemiyanın nə zaman bitəcəyi, həyatımızdan çıxacağı məlum deyil. Üstəlik, mütəxəssislər virusun yeni mutasiyaya uğramış variantlarının ortaya çıxması ilə yenidən yoluxma və ölüm hallarının artacağı haqda proqnozlar verir. Bütün bunları nəzərə alaraq, ölkədə kiçik heyətlə toyların keçirilməsinə icazə verilməsi mümkündürmü?

Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev danışıb: “Birmənalı şəkildə toylar keçirilməlidir. Toy keçirmək, qız köçürüb, oğul evləndirmək hər bir ailənin həm də təbii haqqıdır.

Lakin bir ildən çoxdur ki, nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilmir, insanlarda da dözüm qalmır.

Razi Nurullayev parlamentin iki komitəsinin üzvü oldu

Razi Nurullayev: “Açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxmaz”

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı? Ona görə də insanlar məcburən gizlin şəkildə toy etmək fikrinə düşürlər və cərimələnir, toyları dərd-qəmə çevrilir, toy keçirmək istəyib, qəmlə üzləşirlər. Hesab edirəm ki, insanlara bu cür stresli vəziyyət yaşatmaq olmaz. Bir sözlə, toylara icazə vermək lazımdır. Operativ Qərargah bunun yollarını tapıb, bəy-gəlini, insanları razı salacaq şəkildə icazə verməlidir.

Hazırda havalar da isinib. Fikrimcə, açıq havada toylar keçirmək olar. Məsələn, bir çox şadlıq saraylarının geniş həyətləri, əraziləri var, orada toy təşkil etmək olar. Və yaxud şadlıq saraylarının bütün pəncərələrini açıb, ventilyasiya sistemini işə salıb, məhdudlaşdırıcı tədbirlər də təşkil etməklə toy keçirmək olar.

Axı toy təkcə bəy-gəlin məsələsi deyil. Şadlıq evlərinin işləməsi nəticəsində Azərbaycanda az qala 1 milyona yaxın insan evinə çörək pulu aparırdı. İndi o qədər insan çörək pulundan məhrum olub, işsiz qalıb.

Ümumiyyətlə, toylar demək olar ki, iqtisadiyyatımızın aparıcı qüvvəsi idi. Bir şadlıq sarayından ən azı 500 nəfər ailəsinə çörək pulu aparırdı. Bu baxımdan toylara icazə verilməlidir. Hesab etmirəm ki, bu cür isti havalarda açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxar".

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, artıq müəyyən şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilməlidir:

“Bir ildən çoxdur ki, toy, nişan mərasimləri qadağan olunub. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə alıb, deyə bilərik ki, bu heç də cəmiyyətdə birmənalı, xoş qarşılanmır. Məşhur bir deyimdə deyildiyi kimi - ”Elmizin toy kimi bir adəti var", yəni övladının evlənməsini, toy etməsini istəyən valideynlər də təbii ki, istəyir ki, arzularındakı toyu həyata keçirsin.

Ərəb turistlərə qarşı antipatiyanın səbəbi - rəylər

Tural Abbaslı: “Operativ Qərargah bəzi şərtlər tətbiq edərək, toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir”

Hər halda, bəzən gizlin şəkildə toylar keçirilir və bu zaman epidemioloji qaydalara riayət olunmur. Hesab edirəm ki, bunun baş verməməsi, həmçinin cəmiyyətimizin gələcəkdə demoqrafik problem yaşamaması üçün artıq Operativ Qərargah bəzi şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir.

Təbii ki, burada ekpsertlərin də fikir və rəyləri nəzərə alınmalıdır".

Səni xilas etdi sirli təbiət... - Əhməd Qəşəmoğlu | Edebiyyatqazeti.az

Əhməd Qəşəmoğlu: “Toylar açıq havada təşkil olunsun, bu həm də... ”

Sosioloq Əhməd Qəşəmoğlu isə açıq havada toyların keçirilməsini təklif edib:

“Təklif edirəm ki, bundan sonra toylarımız açıq havada təşkil edilsin. Bu bizim qədim toy adət-ənənəmizdir. Lakin bu zaman toylarda məclis təşkil olunmasın. Burada əsas məqsəd iki adamın təntənəli şəkildə ailə qurmasıdır və bunu da təşkil etmək lazımdır. Əvvəllər bu cür açıq toylar olanda insanlar əsasən rəqs edirdilər. İndi də o toylarımızda rəqs meydançasını təşkil etmək lazımdır. Bir sözlə, biz son 50 ilin toy modelindən qaçmalıyıq. Əsas məsələ insanların ailə qurmasıdır. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu budur”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib: “Azərbaycanda toy mərasimlərinə qadağa qoyulması iqtisadi aktivliyə də ciddi mənfi təsir göstərən amilə çevrilib. Çünki toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli: “Toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi”

İlk günlərdə aydın idi ki, virusla bağlı problemlərin yeni olması, tibbin buna hazır olmaması sərt karantin rejimi, toylara qadağanın məntiqini anlamağa imkan verirdi. İndi isə havalar da isinib və buna görə də ən azı açıq havada toy mərasimlərinin keçirilməsinə icazə verilməlidir. Çünki bu həm demoqrafik, həm də ailə siyasətinə aid məsələdir. Ona görə toylarla bağlı qadağalardan artıq çıxmalıyıq.

Şadlıq evlərinin açılması ilə bağlı məsələ olacaqsa, burada isə az sayda qonaqla toylara icazə verilməsi effekt verməyəcək. 500-600 nəfərlik şadlıq saraylarında 50 nəfərlik məclislərə icazə verilsə, bu zaman şadlıq evlərinin sahiblərinə sərf etməyəcək. Çünki işçilərin maaşı, kommunal ödənişlərə sərf olunan xərc 50 nəfərlik qonaqların hesabına qarşılanmayacaq. Bu zaman ya qiymətləri kəskin halda artırmalıdırlar, ya da qeyd etdiyim kimi, sərf olunan vəsaiti götürə bilməyəcəklər.

Ona görə də ən azından açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir".

Xalidə GƏRAY

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion