UEFA AVRO-2020-yə ev sahibliyini 3 şəhərdən geri alır

4 Mart 2021 21:00 Problem 1 104
UEFA AVRO-2020-yə ev sahibliyini 3 şəhərdən geri alır

AVRO-2020-nin oyunlarını qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik edilə bilər.

Sportinfo.az xəbər verir ki, UEFA üç şəhəri siyahıdan çıxarmaq niyyətindədir.

Bunlar Bilbao, Dublin və Qlazqodur. Bu şəhərlər iyunda başlayacaq yarışa azarkeşlərin buraxılma faizi ilə bağlı təminat verməzsə çempionatın ev sahibliyi hüququnu itirəcək.

UEFA final mərhələsi zamanı stadionların ən azı yarısına tamaşaçı buraxılmasını istəyir. Bu üç şəhər də hələlik təminatla bağlı sənəd təqdim etməyib.

Dublin və Qlazqo yarışı qəbul edə bilməsə, həmin matçlar İngiltərəyə veriləcək. Bilbaonu isə İspaniyanın digər şəhəri əvəzləyəcək.

Qitə çempionatının final mərhələsi 12 şəhərdə, o cümlədən Bakıda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti