COP29

Slovakiya komandası Olimpiya kəndində qarətə məruz qaldı

3 Avqust 04:20 Problem 1 024
Slovakiya komandası Olimpiya kəndində qarətə məruz qaldı

Slovakiyanın velosiped komandası Olimpiya kəndində oğurluğun qurbanı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə fransız jurnalist Amauri Brelet polisdəki mənbəyə istinadən sosial media hesabında yazıb.

“Slovakiya nümayəndə heyətinin vəsaitləri bazar ertəsi gündüz saatlarında oğurlanıb. Hadisə Sen-Denidəki Olimpiya kəndində baş verib”, - deyə o qeyd edib.

İdmançılardan 10 ədəd velosiped təkəri, ehtiyat hissələri və bir neçə açar oğurlanıb. Zərərin məbləği 2,3 min avro olaraq qiymətləndirilir.

Komandanın baş məşqçisi polisə şikayət edib. Məlumata görə, bütün velosiped avadanlığı kilidi açıq şkafda saxlanılırdı.

Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı Braziliyanın əfsanəvi futbolçusu Ziko, həmçinin Qətər əmiri Təmim bin Həməd Əl Taninin gəlini də qarət edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!