Azərbaycan yığması bu gün Bolqarıstanla qarşılaşacaq

11 İyun 2024 13:40 Problem 938
Azərbaycan yığması bu gün Bolqarıstanla qarşılaşacaq

Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət millisi bu gün növbəti yoldaşlıq matçını keçirəcək.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.

“Liv Bona Dea Arena”da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Komanda iyunun 7-də Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM