Azərbaycan klubları braziliyalıları niyə sevir?

24 Noyabr 2020 19:40 Premyerliqa 609
Azərbaycan klubları braziliyalıları niyə sevir?

Azərbaycan Premyer Liqasında ən çox Braziliyadan olan əcnəbi oyunçular çıxış edir.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında ölkə çempionatında 9 "sambaçı"nın forma geyindiyi bildirilir.

Sonrakı iki pilləni Rusiya və Serbiya hərəyə 7 legionerlə bölüşdürür. Qonşu ölkənin idmançıları əsasən, milliləşdirildikdən sonra Azərbaycanda çıxış edirlər.

4-cü yerdə isə 5 təmsilçi ilə Fransa qərarlaşıb.

Xorvatiya, Ukrayna və İrandan hərəyə 3, Belçika, Albaniya, Gürcüstandan hərəyə 2 oyunçu karyerasını Premyer Liqada davam etdirir.

Siyahı doğulduqları ölkələrdən kənarda çıxış edən legionerləri əhatə edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"