"Son 2 gündə mətbuatda klubumuzla bağlı xeyli məşqçinin adı hallanır ki, bu da təbiidir".
Bu sözlərii Sportinfo.az-a açıqlamasında "Sabah"ın idman direktoru Emin Abbasov deyib.
Klub rəsmisi bildirib ki, istefaya göndərilən Elşad Əhmədovu xorvatiyalı həmkarının əvəzləyəcəyi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Biz heç kimlə nə danışıq aparmışıq, nə də təklif göndərmişik. Yaxın günlərdə Müşahidə Şurasının iclası olacaq və həmin toplantıda klubun gələcək fəaliyyəti, baş məşqçi ilə bağlı məsələ müzakirə olunacaq.
"Sabah"a xorvatiyalı mütəxəssisin dəvət olunması ilə bağlı deyilənlərə gəlincə, Müşahidə Şurasının iclasında bu məsələlərə aydınlıq gələcək".

