İbrahim çətin seçim qarşısında - “Qarabağ”, yoxsa “Əl Əhli”?

29 Avqust 2019 13:30 Premyerliqa 817
İbrahim çətin seçim qarşısında - “Qarabağ”, yoxsa “Əl Əhli”?

İbrahim Şehiçin "Ərzurumspor"dan ayrılacağı dəqiqləşib.

Sportinfo.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı qapıçı bir neçə klubun diqqət mərkəzindədir.

Türkiyədə "Trabzonspor" və "Kayserispor"un maraqlandığı qolkiper "Qarabağ"ın da gündəmindədir.

Son olaraq isə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Şehiçi heyətində görmək istəyir. Bosniya mətbuatı da qapıçının məhz bu komandaya keçəcəyinin daha inandırıcı olduğunu iddia edir.

Bunun əsas səbəblərindən biri Asiya təmsilçisinin daha sərfəli təklif göndərməsidir. Bundan başqa, Bosniya və Herseqovina millisinin iki üzvü - Elvis Sariç və Ervin Zukanoviçin hazırda sözügedən klubda oynamasının da Şehiçin qərarına təsir edə biləcəyi vurğulanır.

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti